Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə olunacaq

Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə olunacaq
HADİSƏ

18 avqust 2020, 18:24

Mətn ölçüsü

Sabah Gürcüstandan azərbaycanlıların Azərbaycana növbəti təxliyəsi həyata keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşıdır. Siyahıda  Gürcüstan və Rusiya vətəndaşları olanlar da yer alıb.  

Həmin şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada öz hesablarına koronavirusla bağlı testdən keçiriliblər. Nəticələrin bu günün sonunda məlum olacağı gözlənilir.

COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək və onlar sabah saat 10:00-da avtobuslarla Tbilisidən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan iki minə yaxın azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub. /Report.az/