Gürcüstanda tanışını qətlə yetirən azərbaycanlı gənc tutulub

Gürcüstanda tanışını qətlə yetirən azərbaycanlı gənc tutulub
HADİSƏ

21 avqust 2020, 14:09

Mətn ölçüsü

Gürcüstanın Bolnisi rayonunda qəsdən adam öldürmədə ittiham olunan 1993-cü il təvəllüdlü şəxs saxlanılıb.

News24.az
-ın yerli bürosu xəbər verir ki, bu bardə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan gənc bu ilin iyunun 4-də Kvemo Bolnisi (Kəpənəkçi) kəndində keçmişdə ədavəti olduğu 1988-ci il təvəllüdlü tanışı ilə görüşüb. Tərəflər arasında baş verən qarşıdurma nəticəsində 32 yaşlı şəxs odlu silahla ölümcül yaralanıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Saxlanılan gəncin üzərinə keçirilən baxış zamanı odlu silah və 6 patron müsadirə edilib. Onun günahı sübuta yetirilərsə, 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.