FHN-dən nazirlikdəki yanğınla bağlı açıqlama

FHN-dən nazirlikdəki yanğınla bağlı açıqlama
HADİSƏ

26 avqust 2020, 12:20

Mətn ölçüsü

Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin inzibati binasında baş verən yanğınla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, hadisə ilə bağlı nazirliyin "112” qaynar xəttinə məlumat daxil olub:

"Əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Binanın 1 otağında yanğın hadisəsi baş verib. Operativ müdaxilə nəticəsində yanğının ətrafdakı otaqlara yayılmasının qarşısı alınıb”.