"BakuBus"ın avtobusu yandı - FOTO - VİDEO

"BakuBus"ın avtobusu yandı - FOTO - VİDEO
HADİSƏ

01 sentyabr 2020, 09:18

Mətn ölçüsü

Bakı şəhərinin Sabunçu rayonunda “Iveco” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. 

News24.az
xəbər verir ki, hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, 01.09.2020 tarixində səhər saatlarında "BakuBus" MMC-nin istismarında olan 24 saylı marşrut xətti üzrə 99 JH 246 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Yanğın zamanı sürücü təlimata uyğun davranaraq dərhal sərnişinləri təxliyə edib. Nəticədə sərnişinlər arasında xəsarət alan olmayıb.

Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


YouTube