Qəbələdə 5 nəfər dağda köməksiz vəziyyətdə qalıb

Qəbələdə 5 nəfər dağda köməksiz vəziyyətdə qalıb
HADİSƏ

08 sentyabr 2020, 11:21

Mətn ölçüsü

Qəbələdə dağda 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.