Bakıda mikroavtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var

Bakıda mikroavtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var
HADİSƏ

11 sentyabr 2020, 11:30

Mətn ölçüsü

Bakı şəhərinin Qaradağ rayonunda “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan “DAF” markalı yük avtomobilinə çırpılıb.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 3 nəfəri deformasiyaya uğrayan mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.