Baş Prokurorluq növbəti maarifləndirici videoçarx hazırlayıb

Baş Prokurorluq növbəti maarifləndirici videoçarx hazırlayıb
HADİSƏ

16 sentyabr 2020, 15:01

Mətn ölçüsü

Məlumat verildiyi kimi, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Bu barədə News24.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən prokurorluğun fəaliyyət sferaları ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoda “Heç bilirdinizmi həbs nədir?” mövzusu ilə bağlı cinayət prosessual qanunvericiliyin tələbləri vətəndaşlarımıza izah edilib.

Təqdim olunan videonu Baş Prokurorluğun sosial şəbəkələrdə olan səhifələrindən, həmçinin veb-saytından izləyə bilərsiniz.

YouTube