Bakıda sexdə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda sexdə 18 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
HADİSƏ

17 sentyabr 2020, 11:59

Mətn ölçüsü

Bakıda bədbəxt hadisə baş verib. 

News24.az xəbər verir ki, hadisə sentyabrın 16-sı saat 22:10 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil təmiri sexində 2002-ci il təvəllüdlü Rzayev İlyas Elsəvər oğlunu elektrik cərəyanı vurub.  

3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/