Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
HADİSƏ

21 sentyabr 2020, 10:10

Mətn ölçüsü

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. 

News24.az xəbər verir ki, məlumatda deyilir: 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir".