Bu gün Azərbaycanda 7 şagird koronavirusa yoluxdu
Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.
Nazirlikdən News24.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 59, işçi heyətinin sayı 4 olub.
Bu gün virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı 6 nəfər təşkil edib.
HADİSƏ
Dərs ili başlayandan 95 şagird və 26 işçi heyətində koronavirus aşkarlanıb21 sentyabr 2020, 21:31