HHQ-nin təlim-döyüş uçuşları keçirilir

HHQ-nin təlim-döyüş uçuşları keçirilir
HADİSƏ

24 sentyabr 2020, 18:12

Mətn ölçüsü

Müdafiə Nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-döyüş uçuşları keçirilir.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət müxtəlif hündürlüklərdə və sürətlərdə hücum və müdafiə manevrlərindən istifadə edərək pilotaj texnikasına yönəldilir. Müasir manevrli hava döyüşlərinin aparılması üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təyyarələrin ekipajları növbə ilə düşmənin yer hədəflərinin aşkarlanması və məhv edilməsi tapşırıqlarını icra edirlər.