ETSN-in 26 əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb

ETSN-in 26 əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb
HADİSƏ

25 sentyabr 2020, 16:46

Mətn ölçüsü

Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 26 işçisi koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bunu Nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "Facebook" üzərindən yayımlanan “Ekspert saatı" verilişində deyib.

Onun sözlərinə görə, həmin şəxslər xəstəxanada və ev şəraitində müalicə olunublar: "Bir nəfər isə vəfat edib".