MN: Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşib
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.
Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə çatdırmaqdan imtina edirlər.
HADİSƏ
Müdafiə Nazirliyi: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb27 sentyabr 2020, 09:39
SOSİAL
Silah və hərbi texnika qış mövsümündə istismar rejiminə keçirilir - NAZİRLİK03 oktyabr 2019, 14:28