Ermənistanın növbəti təxribatının üstü açılıb - SƏS YAZISI

Ermənistanın növbəti təxribatının üstü açılıb - SƏS YAZISI
HADİSƏ

02 oktyabr 2020, 11:13

Mətn ölçüsü

Cəbhədə mövqe itirən və geri çəkilməyə məcbur olan Ermənistan növbəti təxribata əl atıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən News24.az-a verilən məlumata görə, cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlarımızın stasionar telefonlarına müxtəlif ölkə kodlu nömrələrdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin adından həqiqətə uyğun olmayan məlumatlar çatdıran zənglər daxil olur. Məqsəd, həmişəki kimi, dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

"Nazirliyin Elektron Təhlükəsizlik Xidməti vətəndaşların diqqətinə çatdırır ki, bu məlumatlar həqiqəti əks etdirmir", - nazirlikdən bildirilib.

YouTube