50 kq-dan artıq narkotik maddə ilə tutulan şəxsə ağır cəza verildi

50 kq-dan artıq narkotik maddə ilə tutulan şəxsə ağır cəza verildi Hadisə

Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nihat Abdurrəhmanovun cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunaraq Nihat Abdurrəhmanov 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki,30 iyul 2026-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışının qarşısının alınması məqsədi ilə keçirilən əməliyyat zamanı Abşeron və Qaradağ rayonlarında keçirilən tədbirlərlə Nihat Abdurrahmanov saxlanılıb.

Ondan ümumilikdə 57 kiloqram heroin, metemfetamin, tiryək, həşiş qətranı, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 1981 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxsin xarici narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb,saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Ona qarşı CM-nin 234.4.1-ci ( narkotik və psixotrop maddələrin xüsüsiylə külli miqdarda qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb./Unikal/