"Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozub" - Kamran Əliyev

"Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozub" - Kamran Əliyev
HADİSƏ

05 oktyabr 2020, 16:26

Mətn ölçüsü

"Ermənistanın rəhbərliyi müharibənin bütün total qanunlarını pozaraq çox təhlükəli addımlar atırlar. Ermənistan rəhbərliyi və qondarma Dağlıq Qarabağın tapşırığı ilə Mingəçevir su elektrik stansiyası dünən atəşə tutulub. Bizim HHM sistemi tərəfindən o raketlər vurulmasaydı, biz indi başqa cür abu-havada olacaqdıq. Gəncə, Xızı, Abşeron, Mingəçevir hücumları faktlaşdırılır və beynəlxalq hüquq normalarından istifadə edərək, əlimizdən gələni edəcəyik. Onların əsas məqsədi siyasi xarakter daşıyır. Digər ölkələri bu konlfliktə cəlb etmək istəyirlər". 

News24.az xəbər verir ki, bunu Baş Prokurorluğun Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş hərbi cinayətlərə dair keçirdiyi brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Baş prokuror vurğulayıb ki, Ermənistan Azərbaycanın dinc əhalisini qorxudub, yaşadıqları əraziləri tərk etmək üçün cəhdlər həyata keçirirlər.