Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı

Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı
HADİSƏ

12 oktyabr 2020, 17:39

Mətn ölçüsü

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olub, 35 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumatına görə,  12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir.