Operativ Qərargahın məhdudlaşma qərarı repetitor fəaliyyətinə şamil edilmir

Operativ Qərargahın məhdudlaşma qərarı repetitor fəaliyyətinə şamil edilmir
HADİSƏ / SOSİAL

16 oktyabr 2020, 11:43

Mətn ölçüsü

"Operativ Qərargahın qərarı repetitor fəaliyyətinə şamil edilmir. Repetitor fəaliyyəti də müvafiq qaydalara əməl edilərək davam etdirilərsə, onların fəaliyyətində hər hansı problem olmaz". 

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, təhsil kursları ilə bağlı bəlli tələblər var: "Kurslarda daha çox yuxarı sinfilərin şagirdləri iştirak edir. Həmin uşaqların maska taxmasına, qaydalara riayət etməsinə nəzarət etmək də daha asandır".