DİQQƏT: Casusluq məqsədi üçün istifadəyə verilən növbəti düşmən VPN tətbiqi barədə - XƏBƏRDARLIQ

DİQQƏT: Casusluq məqsədi üçün istifadəyə verilən növbəti düşmən VPN tətbiqi barədə - XƏBƏRDARLIQ
HADİSƏ

20 oktyabr 2020, 20:07

Mətn ölçüsü

Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur. 

News24.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən məlumat verilib.

Bildirilib ki, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.