Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
HADİSƏ

27 oktyabr 2020, 10:10

Mətn ölçüsü

DİN-in “102” Zəng Mərkəzinə Şəki şəhəri ərazisində oktyabrın 26-da 3 avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.