Nizami Kino Mərkəzi Mel Qibsonun çəkildiyi filmlərdən imtina etdi

Nizami Kino Mərkəzi Mel Qibsonun çəkildiyi filmlərdən imtina etdi
HADİSƏ / MARAQLI

27 oktyabr 2020, 13:26

Mətn ölçüsü

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

Mərkəzin Mətbuat xidmətindən News24.az-a bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə Nizami Kino Mərkəzindən bildirilib.