"İnternetin keyfiyyəti və istifadəçi bacarığı ilə bağlı problemlərimiz var" - Təhsil naziri

"İnternetin keyfiyyəti və istifadəçi bacarığı ilə bağlı problemlərimiz var" - Təhsil naziri
HADİSƏ

30 oktyabr 2020, 11:18

Mətn ölçüsü

"2 həftəlik fasilədə bizim əsas məqsədimiz situasiyanı düzgün anlamaq və ən optimal qərarları vermək olub"

News24.az xəbər verir ki, bu sözləri bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, Operativ Qərargahın 2 noyabr tarixli qərarı müəyyən çətinliklər yardacaq:"Ancaq bizdə təcrübə var. Ailələr, müəllimlər nə qədər çətinliklərlə üzləşsə də, ümumi vəziyyəti nəzərə alıb,  anlayacaqlarını düşünürəm. Bir çox hallarda mövcud olan çətinliklərə baxmayaraq, uşaqların tamamilə təhsildən kənar olması yerinə distant təhsilindaha məqbul olduğunu düşünürəm. Son 2 həfətədə ölkədə bir sıra onlayn platformaların işinin bərpası üzərində külli miqdarda iş görülüb. Həmin platformaların işləməsi üçün müvafiq testlər aparılır. Bu platformalar artıq vpn-siz işləyəcək. İnternetin keyfiyyəti və istifadəçi bacarığı ilə bağlı problemlərimiz var".