"Xəzər TV" Xoşqədəm Hidayətqızı ilə bağlı MƏLUMAT YAYDI

"Xəzər TV" Xoşqədəm Hidayətqızı ilə bağlı MƏLUMAT YAYDI
HADİSƏ

02 noyabr 2020, 17:11

Mətn ölçüsü

Xəzər TV sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızının adından yayılan fikirlərlə bağlı açıqlama yayıb.

News24.az
xəbərinə görə, məlumatda son günlər aparıcı Xoşqədəm Baxşəliyevaya qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyaları aparılmaqdadır:

“Belə ki, 30.10.2020-ci il tarixində yayımlanan "Atəş xətti" verilişində X.Baxşəliyevanın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub. Məlumat üçün bildirmək istərdik ki, "Xəzər TV"nin Efirə Nəzarət Qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür. Lakin səslənən iddialar nəzərə alınaraq "Xəzər TV"nin Efirə Nəzarət Qrupu qeyd olunan yayımla bağlı yenidən araşdırma aparıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub.
Belə ki, qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə qeyd etmək istərdik ki, yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.
"Xəzər Media Holdinq" olaraq bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən möhtəşəm qələbələr yaşadığımız bir dövrdə milli birliyimizə kölgə salmaq məqsədilə səsləndirilən bu iddialar təxribat xarakteri daşıyır. Bu səbəbdən də izləyicilərimizi həm də informasiya müharibəsində olduğumuz dövrdə maksimum diqqətli olmağa, sosial şəbəkə platformalarında bu cür əsassız məlumatları paylaşmamağa çağırırıq”.