52 yaşlı piyadanı maşın vurub öldürdü

52 yaşlı piyadanı maşın vurub öldürdü Hadisə

Bakı-Qazax yolunda avtomobilin vurduğu 52 yaşlı piyada vəfat edib.

News24.az xəbər verir ki, hadisə magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Cəfərovu maşın vurub.

Ağır xəsarətlər alan piyada ağır vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.