Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir.
Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.
FHN də həmin tədbirlər çərçivəsində dinc sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi üçün çap materialları (maarifləndirici vərəq və plakatlar, bröşürlər, istiqamətverici plakatlar) dərc edib.
Müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılır və müvafiq maarifləndirmə işləri aparılır.
11:42
DAĞLIQ QARABAĞ
FHN Bərdənin yenidən raket atəşinə tutulması ilə bağlı məlumat yaydı28 oktyabr 2020, 15:19
HADİSƏ
Ermənilər Göygölü mərmi atəşlərinə məruz qoydu - Meşəlik ərazidə yanğın başladı30 oktyabr 2020, 10:48
HADİSƏ
FHN ermənilərin təxribatı nəticəsində baş vermiş fəsadlarla bağlı MƏLUMAT YAYDI07 oktyabr 2020, 15:08