Tovuzda avtomobil aşıb, ölən var

Tovuzda avtomobil aşıb, ölən var
HADİSƏ

21 noyabr 2020, 13:24

Mətn ölçüsü

Tovuz rayonunda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 21-i saat 1 radələrində Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində Emil Sadıqov idarə etdiyi “Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Araşdırma aparılır.