Bakıda fəhlə yaşayış binasından yıxılaraq ölüb

Bakıda fəhlə yaşayış binasından yıxılaraq ölüb
HADİSƏ

23 noyabr 2020, 10:00

Mətn ölçüsü

Noyabrın 21-də saat 11 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Rzayev Elşən Yusif oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə News24.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində tikilməkdə olan 9 mərtəbəli yaşayış binasının dam örtüyünün vurulmasına cəlb edilmiş fəhlə Rzayev Elşən Yusif oğlunun binanın damından yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilmişdir.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.