Azərbaycanda yoluxma və ölüm sayında növbəti rekord

Azərbaycanda yoluxma və ölüm sayında növbəti rekord
HADİSƏ

24 noyabr 2020, 17:40

Mətn ölçüsü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3646 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər “COVID-19”dan vəfat edib.