Ruhi Əliyeva ürəyində qəlpəylə yaşayan 20 yaşlı qazimiz Elçin Səmədovun əməliyyatını və müalicəsini öz üzərinə götürdü

Ruhi Əliyeva ürəyində qəlpəylə yaşayan 20 yaşlı qazimiz Elçin Səmədovun əməliyyatını və müalicəsini öz üzərinə götürdü
HADİSƏ

25 noyabr 2020, 01:03

Mətn ölçüsü

"Bu gün onun çox məsum, həm də olduqca qürurlu və fəxrli çöhrəsini gördüm. Dəfələrlə onun görüntülərinə baxıb, bu igid balamız üçün nə edə bilərəm deyə düşündüm. Onun ürəyinə yaxın məsafədə qəlpə olduğunu, nitqində, görməsi və eşitməsində problemlər yarandığını öyrəndim. Sonra da çətinliklə ifadə etdiyi cümlələri dəfələlərlə göz yaşlarına boğularaq dinlədim".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva "Facebook" hesabında II Qarabağ Müharibəsi qazisi Elçin Səmədov haqda etdiyi paylaşımda yazıb. R.Əliyeva bildirib ki, qazi ilə bağlı izlədiyi videodan dərhal sonra onun anasına zəng vurub:"Məni məndən alan bu mənzərəni izləyib dərhal gözəl çöhrəli, böyük ürəkli, Vətən sevdalısı Qəbələdən olan 20 yaşlı qazimiz Elçin Səmədovun anası Vüsalə xanımla əlaqə yaratdım. Elçinin tez bir zamanda sağlamlığına qovuşması üçün lazım olan bütün addımları atmaq arzusunda olduğumu qəhrəman balamızın anasına  çatdırdım. Dərhal sabah arxalarınca Qəbələyə maşın göndərəcəyimi və Elçin balamızın anası ilə birgə Bakıya gətirmək istəyində olduğumu Vüsalə xanıma dedim. Vüsalə xanım, bazar ertəsi gününə qədər gözləməyin vacibliyini bildirərək, Elçinin Papanində yerləşən Hərbi Hospitala gətirilərək yoxlanılacağı və yalnız bundan sonra mənə hansı addımı atacağım barədə məlumat verəcəyini bildirdi. Elçinin sağlamlığına qovuşması üçün mən Ruhi Əliyeva əlimdən gələni etməyə hazıram və bu arzumu artıq Elçinin anası Vüsalə xanıma bildirmişəm. Elçinin əməliyyatı və müalicəsi ilə bağlı şərəfli missiyanı mən öz üzərimə almaqdan qürur duyuram!"