Astarada COVID-19 xəstələri saxlanılıb

Astarada COVID-19 xəstələri saxlanılıb
HADİSƏ

25 noyabr 2020, 15:45

Mətn ölçüsü

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Astara rayonunun Pensər kənd sakini A.Nəsirova və Vaqo kənd sakini R.Xankişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb

Lakin Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.