Polislər COVID-19 xəstələri ilə profilaktiki söhbətlər aparıblar

Polislər COVID-19 xəstələri ilə profilaktiki söhbətlər aparıblar
HADİSƏ

25 noyabr 2020, 16:05

Mətn ölçüsü

COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə Xızı rayon sakinləri olan Azər Cabbarova və Reyhan Allahverdiyevaya ev şəraitində müalicə təyin edilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, bu gün Xızı Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi geyim formasında hər iki rayon sakininin yaşadıqları ünvana gedərək, onlarla profilaktiki söhbətlər aparıblar və müalicə müddəti ərzində yaşadıqları yerləri tərk etməmələri barədə məlumat veriblər.