Lənkəran sakinindən TAPANÇA GÖTÜRÜLDÜ

Lənkəran sakinindən TAPANÇA GÖTÜRÜLDÜ
HADİSƏ

27 noyabr 2020, 12:30

Mətn ölçüsü

Lənkəran sakininin evində silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, əməliyyatı Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan “Spanish Astra 4000” modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.