Göyçayda yaşadığı evi tərk edən COVID-19 xəstəsi SAXLANILIB

Göyçayda yaşadığı evi tərk edən COVID-19 xəstəsi SAXLANILIB
HADİSƏ

28 noyabr 2020, 10:30

Mətn ölçüsü

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVİD-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.

Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilib və və dərhal yaşadığı ünvana geri qaytarılıb.

N.Babaşov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.