Astarada evdən çıxan daha iki COVID-19 xəstəsi MÜƏYYƏN EDİLDİ

Astarada evdən çıxan daha iki COVID-19 xəstəsi MÜƏYYƏN EDİLDİ
HADİSƏ

28 noyabr 2020, 12:00

Mətn ölçüsü

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Vüsal Babayev və Maşxan kənd sakini F.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.