Şəhid olan hərbi qulluqçu Qubada dəfn edilib

Şəhid olan hərbi qulluqçu Qubada dəfn edilib
HADİSƏ

29 noyabr 2020, 13:27

Mətn ölçüsü

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu dəfn edilib.

News24.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində şəhid olan Səfərov Tamerlan Cavad oğlu bu gün doğulduğu Qubanın Səbətlər kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Şəhid yaylım atəşləri ilə torpağa tapşırıldıqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.

Allah rəhmət eləsin! /Report.az/