Samuxda yaşadığı yeri tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edildi

Samuxda yaşadığı yeri tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edildi
HADİSƏ

05 dekabr 2020, 10:04

Mətn ölçüsü

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun Nəbiağalı kənd sakini Aynur Xəlilova ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.