Şəhid atası:"Oğlumun şəhidliyi üçün sevinirik, yoxluğu üçün isə darıxırıq" - VİDEO

Şəhid atası:"Oğlumun şəhidliyi üçün sevinirik, yoxluğu üçün isə darıxırıq" - VİDEO
HADİSƏ

05 dekabr 2020, 12:09

Mətn ölçüsü

"O cəbhəyə gedəndə bilirdim ki gəlməyəcək. Dedim bala, sağ-salamat get. Amma bu gediş o gediş deyil".

News24.az xəbər verir ki, bu sözləri şəhid Ataməli Musayevin anası Leyla xanım deyib. Şəhid anası bildirib ki, övladının gələcəklə bağlı planları çox olub:"Mənə "elə yaşayacamğam ki, hər zaman mənimlə fəxr edəcəkən"deyirdi. Dediyi kimi də etdi. Mərd oldu. Afərin ona. Onun haqqında heç vaxt keçmişdə qalıbmış kimi danışa bilmərəm. Oğlum ömür boyu mənimlə olacaq. Onunla hər gün danışacam. Xatirələrimizdə əbədi olaraq yaşayacaq. Artıq oğlumun nailiyyətləri olmayacaq. Həyatda onun o qədər planları var idi ki..."

Ataməli Musayevin atası Seyidməmməd Musayev isə bildirib ki, oğlundan yadigar onun övladı qalıb:"Çox adam deyirdi ki, niyə tez evləndirirsən oğlunu. 22 yaşı var idi. Yaxşı ki, evləndirdik. Yeganə təsəllimiz ondan yadigar qalan bircə balasıdır. O, da olmasa ürəyimiz partlayar".

OK.ru