Nərimanovda mənzildə meyit tapıldı

Nərimanovda mənzildə meyit tapıldı
HADİSƏ

05 dekabr 2020, 14:56

Mətn ölçüsü

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) cəsədini aidiyyəti üzrə təhvil veriblər.