Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir - Operativ Qərargah

Qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir - Operativ Qərargah
HADİSƏ

08 dekabr 2020, 14:50

Mətn ölçüsü

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a məlumat verilib.

Məlumatda bildirilib ki, Operativ Qərargah virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə hamını dövlət tərəfindən görülən tədbirlərə dəstək göstərməyə, özünün və ailəsinin sağlamlığı naminə COVID-19 virusu ilə mübarizədə karantin tələblərinə ciddi riayət etməyə çağırır.