AMEA-nın iki institutunun direktoru İŞDƏN ÇIXARILIB

AMEA-nın iki institutunun direktoru İŞDƏN ÇIXARILIB
HADİSƏ

12 dekabr 2020, 11:48

Mətn ölçüsü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub.

News24.az xəbər verir ki, akademik Telman Əliyev öz xahişi ilə vəzifəsindən çıxıb və AMEA-nın müşaviri təyin edilib.

Bundan başqa, akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Həmçinin, akademik Adil Qəribov AMEA-nın akademik-katibi vəzifəsinə təsdiq edilib. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Akademik Şahin Mustafayev yenidən akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimovanın həmin müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmlinin isə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini kimi təsdiqlənib.

İqtisad üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva öz xahişi ilə İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsindən azad edilib, onun yerinə iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva təsdiqlənib. Həmçinin filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva öz xahişi ilə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturasından xaric edilib.