Daha iki rayonda yaşayış yerini tərk edən COVID-19 xəstələri müəyyən edilib

Daha iki rayonda yaşayış yerini tərk edən COVID-19 xəstələri müəyyən edilib
HADİSƏ

12 dekabr 2020, 13:01

Mətn ölçüsü

Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini M.Abbasov və Masallı sakini Z.Teyyubova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və digər şəxslərin koronavirus infeksiyasına yoluxmasına şərait yaradaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.