Astarada "Mercedes" aşdı, ölən və yaralananlar var

Astarada "Mercedes" aşdı, ölən və yaralananlar var
HADİSƏ

21 dekabr 2020, 11:13

Mətn ölçüsü

Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Tural Bəxtiyar oğlu Həsənov 10-LG-491 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan vaxt anidən qabağına iribuynuzlu heyvan çıxması səbəbindən idarə etməni itirib və maşın aşıb.

Nəticədə avtomobildə olan sərnişin, Kijəbə qəsəbə sakini, 2000-ci il təvəllüdlü Hidayət Hidayətov ölüb.

Sürücü Tural Həsənov və digər sərnişin, 1984-cü il təvəllüdlü Təbriz Hidayətov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla araşdırma aparılır.