Rəmiş vəfat etdi? - AÇIQLAMA - FOTO

Rəmiş vəfat etdi? - AÇIQLAMA - FOTO
HADİSƏ / ŞOU-BİZNES / MƏDƏNİYYƏT

09 yanvar 2021, 16:36

Mətn ölçüsü

"Rəmiş ölməyib, sağdır. Onun ölümünü istəyən nə qədərdirsə, sağ olmasını arzu edənlərin sayı qat-qat çoxdur. Belə xəbərlər Rəmişi çox incidir".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rəmişin həyat yoldaşı Gülü Hüseynova sosial şəbəkələrdə ifaçının vəfat etməsiylə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O, bildirib ki, sənətçi artıq 15 ildir bronxit xəstəliyindən əziyyət çəkir: "Rəmiş nə koronadan, nə də başqa bir xəstəlikdən əziyyət çəkmir. O, 15 ildir bronxitdir. Mən bilmirəm bu xəbərlər hardan çıxır belə, amma artıq bezmişik. Sənətkarı belə incitmək olmaz. İnanın ki, koronavirus yaranan ilk gündən Rəmiş çölə belə çıxmır ki, birdən havadan nəsə tutar, yoluxar. Hardan bu koronaya yoluxdu? Olmaz belə. Sənətkarlar haqqında araşdırmadan bu cür xəbərlər yazmaq çox yalnışdır".

Qeyd edək ki, bir müddət öncə Xalq artistinin koronavirusa yoluxduğu, daha sonra isə vəfat etdiyi haqda xəbərlər yayılıb.

Sevda Bayramova