Göyçayda fəhlə hündürlükdən yıxılıb xəsarət aldı

Göyçayda fəhlə hündürlükdən yıxılıb xəsarət aldı
HADİSƏ

14 yanvar 2021, 12:09

Mətn ölçüsü

Göyçayda fəhlə hündürlükdən yıxılıb.

Bu barədə News24.az-a Göyçay rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 13-ü saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.