Tərtərdə karantin rejimini pozan oyun zalı aşkarlanıb - VİDEO

Tərtərdə karantin rejimini pozan oyun zalı aşkarlanıb - VİDEO
HADİSƏ / Video

16 yanvar 2021, 11:29

Mətn ölçüsü

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompyuter oyunları  zalı aşkar olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan News24.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompyuter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar edilib.

Qayda pozuntusuna yol  vermiş,  obyektin icarədarı da daxil olmaqla, ümumilikdə 7 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

YouTube