Gəncədə oğurluq edən şəxs SAXLANILIB

Gəncədə oğurluq edən şəxs SAXLANILIB
HADİSƏ

16 yanvar 2021, 13:00

Mətn ölçüsü

Gəncə şəhərinin Kəpəz rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Mustafayevaya məxsus torpaq sahəsindən 15 ədəd spirt saxlamaq üçün çən, 4 ədəd dəmir konteyner, 4 ədəd vaqon, 6 ədəd darvaza və dəmir borular oğurlamaqda şübhəli bilinən qohumu Ə.Rzayev saxlanılıb.