Koronavirus ən çox Bakının bu rayonunda yayılıb

Koronavirus ən çox Bakının bu rayonunda yayılıb
HADİSƏ

16 yanvar 2021, 14:53

Mətn ölçüsü

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazi məlum olub.

“Report” xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, bu rəqəm Binəqədidə 15% təşkil edir.

Sonrakı yerlərdə 13,1%-lə Xətai, 12,2%-lə Yasamal, 10,8%-lə Sabunçu, 8,2%-lə Nərimanov və Suraxanı, 7,8%-lə Nəsimi, 7%-lə Nizami, 6,8%-lə Xəzər, 5,4%-lə Qaradağ, 5%-lə Səbail, 0,5%-lə isə Pirallahı qərarlaşıb.