Yanvarın 25-dən sonra rayonlara gedə biləcəyikmi? - RƏSMİ AÇIQLAMA

Yanvarın 25-dən sonra rayonlara gedə biləcəyikmi? - RƏSMİ AÇIQLAMA
HADİSƏ

18 yanvar 2021, 13:49

Mətn ölçüsü

Bu gündən başlayaraq Azərbaycan Respublikası ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yumşaldılıb. 

Buna baxmayaraq ölkə ərazisində şəhərlərarası və rayonlararası gediş-gəlişə qoyulan məhdudiyyətin müddəti 25 yanvar tarixinədək uzadılıb.


Bəs sözügedən tarixdən sonra bölgələrə gediş-gəliş bərpa olunacaqmı? 

Məsələ ilə bağlı News24.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov karantin postları ilə bağlı bunları deyib:”25 yanvar tarixindən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah hansı qərarı versə elə də tənzimlənəcək".

Teymur Məmmədov