TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT

TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
HADİSƏ

19 yanvar 2021, 11:40

Mətn ölçüsü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.

News24.az xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazılıb.



“Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib” - deyə sorğunun cavabında bildirilir.
TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxsi hiss edir: "Heç bir problem yoxdur".