Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar BƏYATANAT VERDİ

Ombudsman 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar BƏYATANAT VERDİ
HADİSƏ

19 yanvar 2021, 16:00

Mətn ölçüsü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat verib. 

News24.az-ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, 31   il   əvvəl SSRİ   rəhbərliyinin   Azərbaycan   xalqına   qarşı  qeyri-insani  və xəyanətkar siyasəti nəticəsində insanlığa qarşı törədilmiş qatı cinayət hadisəsi olan 20   Yanvar   faciəsi   xalqımızın   yaddaşına   Qara   Yanvar  gecəsi kimi həkk olunub. Bu, həm də öz azadlığına,  müstəqilliyinə   can   atan   xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirən bir tarixdir: "Həmin   zaman   xalq   SSRİ   rəhbərliyinin   qərəzli   siyasətinə   etiraz   edir, azərbaycanlılara  qarşı  Ermənistanda, habelə separatçılar   tərəfindən   Dağlıq Qarabağda   törədilmiş   bəşəri   cinayətlərin   araşdırılmasını və inayətkarların cəzalandırılmasını   tələb   edirdi. Məhz xalqımızın tiraz səsini   boğmaq, Azərbaycanın  müstəqilliyə   gedən   yolunun   qarşısını   almaq  məqsədilə   o   vaxtkı SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar qırğını törədilib. Planlaşdırılan   hadisə   barədə   məlumatın   əhalidən   və  ümumiyyətlə,   dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil   etdiyi   təxribat   nəticəsində hadisədən   bir   gün   əvvəl Azərbaycan   Dövlət Televiziyasının enerji bloku partladılıb. 1990-cı   il   yanvarın   19-dan   20-ə   keçən   gecə  sovet   ordusunun   qoşunları əvvəlcədən   fövqəladə   vəziyyət   elan   edilmədən   Bakı   və   Sumqayıt   şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, dinc əhalini müxtəlif növ silahlardan   atəşə   məruz   qoymuşdur.   Silahlı qoşun   birləşmələri   milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 150 nəfər silahsız mülki şəxsi, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, Bakı şəhərində və başqa ərazilərdə 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər  qanunsuz  olaraq  həbs   edilmişdir. Həmin  hadisələr   zamanı  hətta  yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılmış, nəticədə tibb işçiləri   şəhid  olub, yaralanıb. Eyni   zamanda,   yanvarın   20-də   fövqəladə vəziyyət elan edildikdən sonra daha 21 nəfər öldürülüb. Bununla   beynəlxalq  hüquq  normaları, fundamental   insan   hüquqları kobudcasına   pozulmuş,   doğma   yurdunun   azadlığının   və   öz   hüquqlarının müdafiəsinə  qalxmış  çoxmillətli   xalqımıza   qarşı   insanlıq   əleyhinə   qatı   cinayət törədilib".

Bəyanatda qeyd olunub ki, 1990-cı   il   yanvarın   21-də  Ümummilli   Liderimiz  Heydər  Əliyev   bu   qanlı hadisələrlə bağlı Moskva şəhərində Azərbaycan xalqı adından sərt bəyanat verib, xalqımıza   qarşı   törədilmiş   qırğına   siyasi   qiymət   verilməsini   və   günahkarların cəzalandırılmasını tələb edib: "Lakin təəssüflə qeyd etmək istərdik ki, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl   nəticəsində   beynəlxalq   hüquqi   sənədlər   kobud   şəkildə   pozulsa   da,   öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar   faciəsinə  indiyədək beynəlxalq hüquqi  qiymət  verilməyib,  aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.

20 yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi, bu vəhşilikləri törətmiş  hərbi  qulluqçuların  və  onların   icrasına  əmr  verənlərin,   ən   əvvəl   isə  o vaxtkı   sovet   dövləti   rəhbərliyinin   cinayət   məsuliyyətinə   cəlb   olunması   üçün yetərincə hüquqi əsaslar var. 

İnanırıq ki, tezliklə 1990-cı il 20  Yanvar   faciəsinə   beynəlxalq   səviyyədə hüquqi qiymət verilərək bu qanlı cinayəti törədənlər məsuliyyətə cəlb olunacaq".